Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi
"ABŞERON QƏSƏBƏLƏRİNİN MEMARLIQ SİMASI"
Müsabiqə haqqında
Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Abşeron yarımadası, yaşayışın mövcud olduğu zamandan misilsiz mədəniyyət nümunələri ilə daim zəngin olmuşdur. Şərqlə Qərb arasında bir körpü olan bu məkanda müxtəlif mədəniyyət və sivilizasiyaların izləri hələ də yaşayır.
Müsabiqənin əsas məqsədi Abşeronun Buzovna qəsəbəsinin küçə və məhəllələrinin ən yaxşı memarlıq həllinin müəyyənləşdirilməsidir. Nəzərdə tutulan konsepsiya gələcək abadlıq işlərində, tikinti layihələrinin hazırlanmasında təklif ediləcək. Müsabiqəyə təqdim olunan layihələrdə qəsəbə mühitinin estetik görünüşünün və həyat keyfiyyətinin inkişaf etdirilməsi, orijinallıq, mühit-məkan həllinin müəyyənləşdirilməsi əsas prinsiplərdən olmalıdır. Təqdim olunan layihələr Buzovnanın yerli memarlıq və iqlim xüsusiyyətlərinin nəzərə alınması və eyni zamanda tarixi irsin qorunması şərtilə yerinə yetirilməlidir. XIX əsrin ortalarında əhalisinin sayına görə yarımadada ikinci böyük yaşayış məntəqəsi olan Buzovna Abşeronun şimal-şərqində yerləşir. Abşeronun qədim tarixə malik yaşayış məskənlərindən biri olan bu qəsəbə eyni zamanda da çimərlik turizmi ilə də məşhurdur. Əhalisinin ənənəvi məşğuliyyəti əkinçilik, o cümlədən tərəvəzçilik, bostançılıq, zəfərançılıq, həmçinin maldarlıq, qismən də balıqçılıq ilə bağlı idi. Buzovna memarlıq abidələri ilə də zəngindir. Bunlardan bürc-qalanı (XV-XVI əsrlər), «Qara paltar piri»ni (1306-cı il), «Xəlifə Əli və Mühəmməd Mömin türbəsi»-ni (1641-ci il), Seyid Qasım, Şeyx Cavad, Seyid Gülşan pirləri, Cümə məscidi (XIX), Sahibəz-Zaman məscidi (XVII əsr), Məşədi Qərib məscidini (XIX əsr), İmam Həsən (ə) məscidini (XIX əsr), məşhur Həzrət Əli (ə) qədəmgahını (Əli Ayağı), Mehdiqulu bəyin evini (XIX əsr), el hamamlarını (XIX əsr) və qədim qəbrləri qeyd etmək olar.
“Abşeron qəsəbələrinin memarlıq siması” müsabiqəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən elan edilmişdir
Təşkilatçılar
Müsabiqə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşəbbüsü ilə, "Bakı Abadlıq Xidməti" MMC və Azərbaycan Memarlar İttifaqı ilə birgə təşkil edildi
Mükafatlandırma:
Müsabiqənin ümumi mükafat fondu 20000 manat təşkil edir.
I
yer
10000 AZN
və I dərəcəli diplom;
II
yer
5000 AZN
və II dərəcəli diplom;
III
yer
2500 AZN / 2 yer
və III dərəcəli diplom;
Digər iştirakçılara həvəsləndirici hədiyyələr və iştirakçı sertifikatı təqdim edilmişdir
Son xəbərlər
Biliyinə və bacarığına güvənirsənsə bu şansı qaçırma
Abşeronun öz tarixiliyini, qədimliyini qorumaqla gələcəyə doğru irəliləməsinə ideya təklif etməkdə maraqlı hər kəs müsabiqədə iştirak edə bilər.