MÜSABİQƏ
ABŞERON QƏSƏBƏLƏRİNİN MEMARLIQ SİMASI
Abşeron memarlığını qorumaq, milli incəsənət ruhunu yaşatmaq və gələcəyə ötürmək məqsədilə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi müsabiqə elan edir.
Xəbərlər
Abşeron qəsəbəsinin memarlıq siması
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşəbbüsü ilə təşkil edilmiş “Abşeron qəsəbələrinin memarlıq siması” müsabiqəsinin birinci mərhələsinə yekun vuruldu
Abşeron qəsəbəsinin memarlıq siması
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı qəsəbələrinin memarlıq simasının qorunması və canlandırılması işində memarları və peşəkar cəmiyyəti fəal iştirak etməyə dəvət edir
Komitə sədri seçilmiş layihələrin müəllifləri ilə görüşüb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşəbbüsü ilə təşkil edilmiş “Abşeron qəsəbələrinin memarlıq siması” müsabiqəsinin birinci mərhələsinin qalibləri mükafatlandırılıb
Müsabiqə haqqında
Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Abşeron yarımadası, yaşayışın mövcud olduğu zamandan misilsiz mədəniyyət nümunələri ilə daim zəngin olmuşdur. Şərqlə Qərb arasında bir körpü olan bu məkanda müxtəlif mədəniyyət və sivilizasiyaların izləri hələ də yaşayır
Müsabiqənin əsas məqsədi Abşeronun Ramana, Pirşağı və Əmircan qəsəbələrinin ən yaxşı memarlıq planlaşdırma həllinin müəyyənləşdirilməsidir. Nəzərdə tutulan konsepsiya gələcək abadlıq işlərində, tikinti layihələrinin hazırlanmasında təklif ediləcək. Müsabiqəyə təqdim olunan layihələrdə qəsəbə mühitinin estetik görünüşünün və həyat keyfiyyətinin inkişaf etdirilməsi, orijinallıq, mühit-məkan həllinin müəyyənləşdirilməsi əsas prinsiplərdən olmalıdır
“Abşeron qəsəbələrinin memarlıq siması” müsabiqəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən elan edilir
Təşkilatçılar
Müsabiqə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşəbbüsü ilə, Azərbaycan Memarlar İttifaqı və "Bakı Abadlıq Xidməti" MMC ilə birgə təşkil edilir
Qeydiyyatdan keçMüsabiqənin Tapşırığı
Müsabiqənin əsas tapşırığı Abşeron memarlıq məktəbinin üslub xüsusiyyətlərini və özünəməxsus rəng çalarlarını yenidən canlandırmaq və gələyəcə ötürməkdir. Müsabiqə tapşırığına dair digər köməkçi materiallar hər bir iştirakçıya qeydiyyatdan keçdikdən sonra elektron poçt ünvanına göndəriləcək. Tapşırıq aşağıdakıları əhatə edir:
Ərazinin baş və istinad
planları;
Qəsəbənin öz mövcud bədii üslub və fəza-məkan xüsusiyyətlərini saxlamaqla ideya təklifi;
Milli xüsusiyyətlər, rəng və obyektin gələcək inkişafını nəzərə alaraq, mövcud binanın əsas fasadlarını və planlaşdırma həllərini qoruyaraq məkanda əlavə həcmlər və ya funksional zonaların qurulması üçün fikirlərin təqdimatı;
Landşaft həlli üçün
konsepsiya;
Ərazinin gecə işıqlandırması üçün seçimin
təqdimatı;
Qəsəbədə yerləşən tikililərin ümumi eksteryer həlləri üzrə təklif;
Dekorativ aksesuarlar, sənət nümunələri, floristika seçimləri və s. üzrə təklif.
Münsiflər heyəti

İlqar
İsbatov
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavini, Memarlıq üzrə fəlsəfə doktoru

Rüfət
Mahmud
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəhbəri

Gülçöhrə
Məmmədova
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Memarlıq doktoru, professor

Elbay
Qasımzadə
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri, professor

Bünyad
Qasımov
“Bakı Abadlıq Xidməti” MMC-nin rəhbəri

Sabina
Hacıyeva
Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Memarlıq konstruksiyaları və abidələrin bərpası” kafedrasının müdiri, memarlıq üzrə elmlər doktoru, professor.

Orxan
Fikrətoğlu
Əməkdar İncəsənət xadimi. Yazıçı, kinossenarist
Mükafatlandırma:
Müsabiqənin ümumi mükafat fondu 60000 manat təşkil edir. Hər qəsəbə üzrə mükafat fondu 20000 manat təşkil edir və ayrılıqda hər biri aşagıdakı kimi bölünür
I
yer
10000 AZN
və I dərəcəli diplom;
II
yer
5000 AZN
və II dərəcəli diplom;
III
yer
2500 AZN / 2 yer
və III dərəcəli diplom;
Digər iştirakçılara həvəsləndirici hədiyyələr və iştirakçı sertifikatı təqdim ediləcək
Biliyinə və bacarığına güvənirsənsə bu şansı qaçırma
Abşeronun öz tarixiliyini, qədimliyini qorumaqla gələcəyə doğru irəliləməsinə ideya təklif etməkdə maraqlı hər kəs müsabiqədə iştirak edə bilər.
Qeydiyyatdan keçMüsabiqənin Şərtləri
- ● Müəlliflər fərdi və ya qrup şəklində iştirak edə bilər
- ● İştirak pulsuzdur. Planşetlərin çap olunması və çatdırılması ilə bağlı xərclər iştirakçılar tərəfindən qarşılanır
- ● Müsabiqəyə təqdim olunan layihələr Azərbaycan, rus və ya ingilis dillərində ola bilər
- ● İştirakçılar təqdim olunmuş qəsəbələrdən bir və ya daha çox ərazi seçə bilərlər. Seçilmiş hər bir ərazi üzrə ayrılıqda bir layihə təqdim olunmalıdır
- ● Seçilmiş layihə əsasında abadlıq işləri aparılacağı təqdirdə layihə müəllifi dəvət olunacaqdır
- ● Layihələr 10 dekabr 2020-ci il saat 18:00-dan gec olmayaraq, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunmalıdır: Ünvan: AZ1001, Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 18
- ● Layihələr müsabiqəyə tam tərkibdə təqdim olunmalıdır
Elektron versiyası olmayan və sadalanan tələblərə uyğun olmayan işlər müsabiqəyə qəbul olunmur!
Bütün layihələr pdf elektron formatında [email protected] elektron ünvanına göndərilməlidir
Müsabiqənin
qaydaları
İştirakçının qeydiyyatını təsdiq edən cavab elektron məktub ilə göndərilmiş 4 rəqəmli iştirakçı kodu planşetlərin sağ küncündə qeyd olunmalıdır
Müsabiqə tapşırığında qeyd edilənləri əks etdirən layihə cizgiləri aşağıdakılardan ibarət olmalıdır:
- Mövqe sxemi və istinad planı (layihələndirilən ərazinin sərhədi göstərilməklə);
- Baş plan (konseptual sxem):
- Baş planın fraqmentləri (təklif edilən plan həlləri ilə);
- Əsas küçələr boyu fasadların açılışı;
- 3D görünüşlər (o cümlədən gecə işıqlandırılmaları ilə);
- Landşaft memarlığı, kiçik memarlıq formaları və s. tərtibatlar;
Qeyd: İstinad planı verilən istinad materialları (ortofotoplan) üzərində hazırlana bilər. Layihədə tədbiq edilən miqyasları qeyd etməlisiniz.
Müəlliflərin şəxsiyyət vəsiqəsinin surəti təqdim olunmalıdır
Qrafik materiallar 75x75 sm ölçüsündə, maksimum 2 (iki) planşetdə təqdim olunur;
A4 formatında təqdim olunan layihənin tarixi araşdırma və ideya axtarışını əks etdirən
izahat mətni (2-4 səh.ilə)
Ərazilər
Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Bakı və Abşeron yarımadası, yaşayışın mövcud olduğu zamandan misilsiz mədəniyyət nümunələri ilə daim zəngin olmuşdur






Müsabiqənin qalibləri
PPA Architects Baku
PPA Architects Baku
PPA Architects Baku
SNLİNE MMC
SNLİNE MMC
SNLİNE MMC
Perspektiv
Perspektiv
Perspektiv
İCMALAB
İCMALAB
İCMALAB
İCMALAB
Afshan Studio
Afshan Studio
Afshan Studio
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU)
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU)
Büro Mühit
Büro Mühit
Büro Mühit
Büro Mühit
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU)
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU)
Əlaqə
Ünvan
AZ1001, Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 18
Telefon
+994 12 492 31 89 (712)