Müsabiqənin Şərtləri

Abşeron memarlığını qorumaq, milli incəsənət ruhunu yaşatmaq və gələcəyə ötürmək məqsədilə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi müsabiqə elan edir.

Müsabiqəyə təqdim olunmalıdır!

1

Layihə təqdimatı 80x60sm ölçüdə 2-4 ədəd planşetdə təqdim olunmalıdır. Planşetlərdə qeydiyyatdan keçdikdən sonra avtomatik göndərilmiş iştirakçı kodundan  başqa şəxsiyyəti göstərən heç bir simvol və ya söz qeyd edilməməlidir.

2

Müsabiqə tapşırığında qeyd edilənləri əks etdirən layihə cizgiləri aşağıdakılardan ibarət olmalıdır:

  • Mövqe sxemi və istinad planı (layihələndirilən ərazinin sərhədi göstərilməklə);
  • Baş plan (konseptual sxem):
  • Baş planın fraqmentləri (təklif edilən plan həlləri ilə);
  • Əsas küçələr boyu fasadların açılışı;
  • 3D görünüşlər (o cümlədən gecə işıqlandırılmaları ilə);
  • Landşaft memarlığı, kiçik memarlıq formaları və s. tərtibatlar;
  • Turist gəzintisi marşrutunun müəyyən edilərək baş planda göstərilməsi.

Qeyd: Layihədə tədbiq edilən miqyaslar qeyd edilməlidir.

 

3

Müəlliflər fərdi və ya qrup şəklində iştirak edə bilər.

4

Müsabiqənin ikinci mərhələsinə seçilmiş 10-15 finalistin öncədən təqdim etdiyi 3 dəqiqəlik video təqdimat münsiflər heyəti tərəfindən izləniləcək və daha sonra qaliblər müəyyən olunacaq. Video iştirakçıların şəxsiyyəti gizli saxlanmaq şərti qorunmaqla, layihə görüntülərindən, səs və ya yazı vasitəsi ilə izahından ibarət olmalıdır. Videotəqdimatın məqsədi layihənin müəlliflər tərəfindən izahı və müdafiə olunmasıdır.

5

İştirak pulsuzdur. Planşetlərin çap olunması və çatdırılması iştirakçılar tərəfindən ödənilir.
Müsabiqəyə təqdim olunan layihələr Azərbaycan, rus və ya ingilis dillərində ola bilər.
Seçilmiş layihə əsasında abadlıq işləri aparılacağı təqdirdə layihə müəllifi dəvət olunacaqdır.
 

 

Layihələr 28 iyun 2021-ci il, 18:00-dan gec olmayaraq, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunmalıdır.
Videotəqdimat isə 5-15 iyul 2021-ci il  18:00-dək [email protected] elektron ünvanına göndərilməlidir.

Layihələr müsabiqəyə tam tərkibdə təqdim olunmalıdır.
Elektron versiyası olmayan və sadalanan tələblərə uyğun olmayan işlər müsabiqəyə qəbul olunmur!

Bütün layihələr pdf elektron formatında 28 iyun 2021-ci il, 18:00-dan gec olmayaraq [email protected] elektron ünvanına göndərilməlidir.

Biliyinə və bacarığına güvənirsənsə bu şansı qaçırma

Abşeronun öz tarixiliyini, qədimliyini qorumaqla gələcəyə doğru irəliləməsinə ideya təklif etməkdə maraqlı hər kəs müsabiqədə iştirak edə bilər.

Qeydiyyat