Müsabiqənin Tapşırığı

Abşeron memarlığını qorumaq, milli incəsənət ruhunu yaşatmaq və gələcəyə ötürmək məqsədilə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi müsabiqə elan edir.

Müsabiqənin əsas tapşırığı Abşeron memarlıq məktəbinin üslub xüsusiyyətlərini və özünəməxsus rəng çalarlarını yenidən canlandırmaq və gələyəcə ötürməkdir. Müsabiqə tapşırığına dair digər köməkçi materiallar hər bir iştirakçıya qeydiyyatdan keçdikdən sonra elektron poçt ünvanına göndəriləcək. Tapşırıq aşağıdakıları əhatə edir:

Ərazinin istinad və baş planlarını hazırlamaq;

Qəsəbənin öz mövcud bədii üslub və fəza-məkan xüsusiyyətlərini saxlamaqla konsepsiyanın əsas ideyasını tapmaq;

Milli xüsusiyyətlər, rəng və obyektin gələcək inkişafını nəzərə almaq;

Landşaft həlli üçün konsepsiya;

Ərazidə yerləşən tikililərin ümumi eksteryer həllərini tərtib etmək;

Qəsəbənin iqtisadi inkişafı, əhalinin həyat şərtlərinin yaxşılaşdırılması nəzərə alınmalıdır.

Kiçik memarlıq formaları, dekorativ aksesuarlar, sənət nümunələri, floristika və s. üzrə seçimlər etmək.

Mövcud binaların əsas fasadlarını və planlaşdırma həllərini qorumaq;

A4 formatında qəsəbə (mövcud vəziyyət, tarix, mühit, iqlim, həyat tərzi, yerli mədəniyyət və s.) və layihə (ideya axtarışı, konsept həlli və s.) haqqında izahat yazısı (2-4 səh.); 3 dəqiqəlik təqdimat videosu

Müsabiqə haqqında

Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Abşeron yarımadası, yaşayışın mövcud olduğu zamandan misilsiz mədəniyyət nümunələri ilə daim zəngin olmuşdur. Şərqlə Qərb arasında bir körpü olan bu məkanda müxtəlif mədəniyyət və sivilizasiyaların izləri hələ də yaşayır.

Ərazilər

Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Bakı və Abşeron yarımadası, yaşayışın mövcud olduğu zamandan misilsiz mədəniyyət nümunələri ilə daim zəngin olmuşdur